BAKI, 2 mart. TELEQRAF
İran Xarici İşlər Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-leytenant Məhəmməd Pakpur, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi, müdafiə naziri general-leytenant Əziz Nəsirzadə və Müdafiə Şurasının katibi Əli Şamxaninin vəfatı ilə bağlı başsağlığı verib.
Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
“Həyatları səmimiyyət və fədakarlıqla dolu olan bu böyük insanlar ölkənin müstəqilliyi və təhlükəsizliyini müdafiə etməyin ön sıralarında dayandılar və ali şəhidlik statusuna yüksəlməklə səmimi mübarizələrinin mükafatını aldılar”, - XİN qeyd edib.