BAKI, 1 mart. TELEQRAF

Oman sahillərində Palau bayrağı altında üzən "Skylight" neft tankerinə hücum edilib.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Müsəndəm sahillərindən təxminən beş dəniz mili aralıda qeydə alınıb.

Məlumata görə, hücum İran tərəfindən həyata keçirilib. Hadisə nəticəsində gəmidə olan 20 heyət üzvünün hamısı təxliyə edilib.

İlkin rəqəmlərə görə, gəmi heyətindən 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda faktla bağlı araşdırmalar davam edir.