BAKI, 1 mart. TELEQRAF
İranın paytaxtı Tehran şəhəri intensiv hava və raket zərbələrinə məruz qalır.
Teleqraf xəbər verir ki, İranın rəsmi dövlət xəbər agentliyi (IRNA) şəhərin müxtəlif mərkəzi nöqtələrində "dəhşətli partlayış" səslərinin eşidildiyini bildirib.
Məlumata görə, partlayışlar əsasən Seyyid Xəndan və Qəsr kəsişmələri, Vanak meydanı və Mütəhhəri küçəsi ərazilərində qeydə alınıb. Sakinlər şəhərin mərkəzi hissələrində sarsıdıcı səslərin eşidildiyini və havada duman müşahidə edildiyini bildirirlər.
Eyni zamanda, İsrail ordusu paytaxtın "qəlbinə" doğru genişmiqyaslı hava hücumuna başladığını rəsmən elan edib. Bu zərbələrin Tehranın hərbi və strateji infrastrukturunu hədəf aldığı ehtimal olunur.