BAKI, 1 mart. TELEQRAF
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni baş komandanı müəyyənləşib.
Teleqraf xəbər verir ki, general Əhməd Vahidi SEPAH-ın yeni baş komandanı təyin edilib.
Məlumata görə, bu təyinat ölkədə baş verən son hərbi və siyasi gəlişmələr fonunda hərbi idarəetmənin bərpası məqsədilə həyata keçirilib. Əhməd Vahidi bu vəzifədə İsrail və ABŞ-nin "açılış zərbələri" zamanı həlak olduğu bildirilən general Məhəmməd Pakpuru əvəz edəcək.