BAKI, 1 mart. TELEQRAF

İran tərəfindən İsrail ərazisinə genişmiqyaslı və fasiləsiz raket hücumu həyata keçirilir.

Teleqraf xəbər verir ki, İsrailin cənub və mərkəz bölgələrində, o cümlədən Qüds (Yerusəlim) ətrafında intensiv həyəcan siqnalları işə düşüb.

İsrail Müdafiə Qüvvələri (SAXAL) vətəndaşlara müraciət edərək, vəziyyətin təhlükəli olduğunu bildirib:

"Bütün vətəndaşlar açıq şəkildə növbəti göstəriş verilənə qədər qorunan ərazilərdə (sığınacaqlarda) qalmalıdırlar".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb. ABŞ və İsailin İrana hücumları nəticəsində İranın Dövlət Xəbər Agentliyi ali dini lider Əli Xameneinin öldürüldüyünü təsdiqləyib.