BAKI, 28 fevral. TELEQRAF
İranın Ali dini rəhbəri Əli Xameneinin öldürülməsi ehtimalı yüksəkdir.
Teleqraf xəbər verir ki, bu barədə “Kanal 12” (İsrail) İran mənbələrinə istinadla məlumat yayıb.
Yüksək rütbəli İran rəsmisi kanala bildirib: “Xameneini canlı yayımda çıxış edən görsək, şok olarıq. Qiymətləndirməmizə görə, o, artıq aramızda deyil, amma yekun təsdiqi gözləyirik”.
Həmin mənbə bundan öncə Əli Xameneinin Tehrandakı iqamətgahının sarayı ABŞ və İsrailin hava hücumları nəticəsində darmadağın edilməsi haqda məlumat yaymışdı.