BAKI, 28 fevral. TELEQRAF
Misir İranın ərəb ölkələrinə hücumlarını pisləyib və bu cür hərəkətlərin bütün region üçün nəticələri barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Misir İranın Bəhreyn, İordaniya, Qətər, Küveyt və BƏƏ də daxil olmaqla, bir sıra ərəb ölkəsinin suverenliyini pozmasını qətiyyətlə pisləyir. Bu cür hərəkətlər bütün regionun təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərəcək. Rəsmi Qahirə Yaxın Şərqdə güc tətbiqinin yalnız yeni zorakılıq dalğasına səbəb olacağına inanır”, - bəyanatda qeyd edilib.
XİN münaqişələrin həlli üçün diplomatiyadan istifadə etməyə çağırıb.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi də İranın Bəsrə körfəzi ölkələri və İordaniyaya endirdiyi zərbələri qətiyyətlə pislədiyini açıqlayıb:
“Səudiyyə Ərəbistanı İranın Bəhreyn, İordaniya, Qətər və Küveytin suverenliyini pozmasını qətiyyətlə pisləyir və bu ölkələrlə həmrəy olduğunu bəyan edir”.
Rəsmi Ər-Riyad beynəlxalq ictimaiyyəti hərəkətləri bütün regionun sabitliyi və təhlükəsizliyini təhdid edən İrana qarşı lazımi tədbirlər görməyə çağırıb.