BAKI, 28 fevral. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan bir sıra ölkələrdən olan həmkarları ilə İrana qarşı hərbi əməliyyatla bağlı vəziyyəti və qarşıdurmaya son qoyulmasının yollarını müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici işlər naziri fevralın 28-də İran, İraq, Səudiyyə Ərəbistanı, Qətər, Suriya, Misir və İndoneziyadan olan həmkarları ilə telefon danışıqları aparıb. Regiondakı mövcud hadisələri və İrana hücumların qarşısını almaq üçün atıla biləcək addımları müzakirə ediblər.