BAKI, 28 fevral. TELEQRAF
Suriyanın cənubundakı Süveyda əyalətində İranın raket zərbələri nəticəsində mülki şəxslər arasında itkilər var.
Teleqraf xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat yayıb.
Hücum nəticəsində azı 4 nəfər həlak olub.
Vurulan İran raketinin bir parçası yaşayış binasının üzərinə düşüb.