BAKI, 28 fevral. TELEQRAF
ABŞ və İsrailin raket zərbələrinin hədəfləri arasında İranın Ali rəhbəri Əli Xamenei və Prezident Məsud Pezeşkianla yanaşı, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi, Müdafiə Şurasının katibi admiral Əli Şamxani və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də var.
Teleqraf xəbər verir ki, bu barədə CNN İsrail mənbələrinə istinadla məlumat yayıb.
Telekanal qeyd edib ki, davam edən hücumun məqsədlərinə çatıb-çatmadığı hələlik məlum deyil.