BAKI, 28 fevral. TELEQRAF
İsrail ordusu günün əvvəlindən etibarən İran ərazisində artıq yüzlərlə hərbi obyektə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, İsrail Müdafiə Qüvvələri “Aslan nərəsi” əməliyyatı çərçivəsində kəşfiyyat məlumatları əsasında İranın yüzlərlə hərbi hədəfinə, o cümlədən ölkənin qərbində yerləşən raket buraxılış qurğularına zərbələr endirib.
Raket qurğularından əlavə, İranın qərbində geniş spektrli hədəflərə də zərbələrin endirildiyi vurğulanıb.