
BAKI, 8 mart. TELEQRAF
Fransa parlamentinə ailələrdə “nikah öhdəliyin" ləğv edən qanun layihəsi təqdim edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Kommersant” yazıb.
Təşəbbüsü “Məğlubedilməz Fransa” partiyası irəli sürüb.
Qeyd olunur ki, ərlə arvad arasında yataq münasibətlərini tənzimləyən birbaşa qanun yoxdur, lakin ölkənin Ailə Məcəlləsində “ərlə arvadın birgə yaşamağa borclu olduğu" barədə bənd var. Ekspertlərin fikrincə, məhkəmələr normanı konkret olaraq partnyorların cinsi həyatı nöqteyi-nəzərindən şərh edə bilərlər.
Sənədin müəllifi Sara Leqren hesab edir ki, müasir Qərb dünyasında belə bir “öhdəliyin" mövcudluğu arxaik görünür.