
BAKI, 7 mart. TELEQRAF
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti oyunlar zamanı saqqız çeynəməsinin səbəbini açıqlayıb.
Teleqraf xəbər verir ki, təcrübəli mütəxəssis bu yolla narahatçılığını aradan qaldırmağa çalışdığını söyləyib.
Ançelotti bildirib: “Bu, sadəcə gərginliyi aradan qaldırmağın bir yoludur. Bəziləri məni buna görə tənqid edir. Matç başlayanda nəbzim dəqiqədə 120 döyüntüyə qədər yüksəlir, indi isə 63-dür. Bəlkə də saqqız çeynəmək mənə kömək edir”.