
BAKI, 7 mart. TELEQRAF
Rusiyanın Çukotka vilayətində qəribə olay baş verib.
Teleqraf TASS-a istinadən xəbər verir ki, Uelen qəsəbəsində təxminən bir həftədir qütb ayısı sakinləri təşvişə salıb.
“Ayı bir həftəyə yaxındır sərgərdan gəzir, hər gün onu qovurlar, amma yenə qayıdır. Ac deyil, itdən qorxmur. Çox güman ki, yerli sakinlərin dəniz məhsullarından hazırladığı yeməyin qoxusu onu cəlb edir", - deyə qəsəbədən bildirilib.
Uelen Avrasiyanın şərqində ən ucqar yaşayış məntəqələrindən biridir. Qəsəbə qütb ayılarının miqrasiya marşrutu üzərində yerləşir. Ona görə də ərazidə insanları yırtıcılardan qoruyan “Ayı patrulu” var.