BAKI, 3 mart. TELEQRAF

Dünyada eşşək ətinə tələbat ildən-ilə artır. Teleqraf xəbər verir ki, bu barədə OIE (Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı) və FAO-nun (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) hesabatında qeyd olunur.

Teleqraf xəbər verir ki, 2023-cü ildə dünyada eşşək ətinin istehlakında Çinin payı 82,76% təşkil edib. Niger və Malinin payı isə 8,52% və 3,55% olub. Digər ölkələrin payları minimal olub.

Niger, Mali, Seneqal və Mavritaniya kimi Afrika ölkələrində də eşşək ətinə tələbatın artdığı müşahidə olunur.

Dünyanın 30-da çox ölkəsində eşşək ətindən istifadə olunur. Çin, Niger, Hindistan, Braziliya, Somali, Nigeriya, Tanzaniya, Keniya, Cad, Meksika, Misir, Sudan kimi ölkələrdə eşşək əti açıq bazarlarda satılır.