BAKI, 3 mart. TELEQRAF

Kremlin iaşə zavodunun keçmiş baş direktoru İqor Buxarov Rusiya Prezidenti Vladimir Putinin xarici qonaqlara təqdim etdiyi yeməklərin sirlərini açıqlayıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, aşpaz Kremlin mətbəxində hazırlanan təamlar barədə danışıb.

O deyib: “Nahar adətən balıq və ya tərəvəz qəlyanaltıları ilə başlayır. Onları seçərkən qonaqların allergik xəstəlikləri, dini baxışları və xüsusi istəklərinə diqqət yetirməyə çalışırlar.

Rus mətbəxinin şorbaları ilk yemək kimi verilir. Məsələn, Şimali Koreya lideri Kim Çen Ina balıq şorbası, Çin rəhbəri Si Cinpinə isə ördəkli borş təqdim edilib”.

Eyni zamanda menyuya çox zaman qeyri-adi içliyi olan (krab, osterin və s.) düşbərələr də daxil edilir.

“Əsas yemək ənənəvi olaraq iki variantda təklif olunur. Bunlardan biri mütləq ət yeməyi olur. Məsələn, mal və ya quzu əti yeməkləri. Dana və ya geyik ətindən daha az istifadə olunur”, -deyə Buxarov əlavə edib.