
BAKI, 28 fevral. TELEQRAF
Amerikalı müğənni Keti Perri (Katy Perry) kosmosa səyahət edəcək.
Teleqraf xəbər verir ki, amerikalı milyarder Ceff Bezosun sahibi olduğu "Blue Origin" kosmik şirkətinin "NS-31 missiyası ilə kosmosa səyahət edəcək məşhurların arasında Ketti Perri də var.
"New Shepard" adlı hava gəmisində Perri ilə yanaşı Ceff Bezosun nişanlısı, jurnalist Lauren Sançez, jurnalist Qayle Kinq, NASA mütəxəssisi Aişa Bov da olacaq.
11 dəqiqəlik səyahətin vaxtı açıqlanmayıb.
"Blue Origin" şirketi kosmik turizm çərçivəsində 2021-ci ildən sonra 10 dəqiqəlik uçuşlar həyata keçirir.