BAKI, 23 fevral. TELEQRAF

Fələstinin Qəzza zolağında HƏMAS ilə İsrail arasında atəşkəs razılaşması çərçivəsində azad edilən 6 məhbusdan biri Ömər Şim-Tovun fələstinli əsgərin alnından öpməsi maraqla qarşılanıb.

Teleqraf "Haber7"yə istinadla xəbər verir ki, Tovun ailəsinin Türkiyə və Mərakeşdən mühacirət edərək İsrailin işğal etdiyi Fələstin torpaqlarında məskunlaşıb.

Şim-Tov özü çıxışında deyib: “Mənim babalarım Mərakeş və Türkiyədəndir. Onlar Fələstin ərazilərinə gəliblər. Amma niyə gəldiklərini bilmirəm. Hesab edirəm ki, hər kəs öz vətəninə qayıtmalıdır”.

Qeyd edək ki, İsrailli Şim-Tov Qəzza zolağının mərkəzindəki mərasimdə Qırmızı Xaç heyətinə təhvil verilməzdən əvvəl Qəssam briqadalarının yaraqlısının alnından öpüb .

Girovlar Qəssam əsgərlərinin onlarla yaxşı rəftar etdiyini bildiriblər.