BAKI, 23 fevral. TELEQRAF

Moskva məhkəməsi Sergey Tatarintsevin mənzilində saxladığı pumanı müsadirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Moskva şəhərinin ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tatarintsev nadir və nəsli kəsilməkdə olan heyvan növlərinə zərər vurmaq üzrə inzibati maddə ilə təqsirli bilinib.

Heyvanı müsadirə etməklə yanaşı, Moskva sakinini üç min rubl cərimələyiblər.