
BAKI, 23 fevral. TELEQRAF
Braziliyada Buritikupu şəhəri yavaş-yavaş yerin altına batır.
Teleqraf “Reuters”-ə istinadən xəbər verir ki, bu səbəbdən şəhərdə fövqəladə vəziyyət elan edilib.
Hazırda həmin şəhərdə 55 mindən çox əhali yaşayır.
Xəbərdə bildirilir ki, böyük torpaq sürüşmələri nəticəsində şəhərin kənarında yaşayan 1200 sakin təhlükə altındadır. Yağışlar səbəbindən təhlükə bir qədər də artıb, yer şəhəri yavaş-yavaş udur.
Çatlar 30 ildir ki, böyüyür, lakin son vaxtlar proses xeyli sürətlənib.