BAKI, 21 fevral. TELEQRAF

Nəhəng pitonlar taylandlı kişini evindən didərgin salıb.

Teleqraf “The Thaiger” nəşrinə istinadən xəbər verir ki, 62 yaşlı Tui Suvanbanq köməyə ən yaxınlıqdakı ilan tutanları çağırıb.

Təkcə təqaüdçünün həyətindəki stolun altından uzunluğu bir metrdən üç metrə qədər olan beş nəhəng ilan tapılıb.

Pitonları kişinin mülkündən çıxarmaq üçün bir neçə saat vaxt lazım olub.

Tayland sakini iddia edir ki, yaşadığı kənddə ilk dəfədir bu cür nəhəng ilanlara rast gəlinir.