
BAKI, 21 fevral. TELEQRAF
Yamaquti akademiyası polis məzunları üçün qeyri-adi kurs keçib.
Teleqraf xəbər verir ki, kişilərə makyaj sirlərini öyrədiblər.
Xatırladaq ki, 2025-ci ilin yanvarında Fukusimaken Keysatsuqakko akademiyasında polis məktəbinin məzunlarına da sifətə qulluq dərsləri tədris olunub.
Kurslar tələbələr üçün Yaponiyanın tanınmış kosmetika brendinin məsləhətçiləri tərəfindən keçilib. Nəzəri və praktik məşğələləri bitirdikdən sonra akademiyanın məzunları hər qızın bacarmadığı işi - dərini düzgün nəmləndirməyi, primerləri necə tətbiq etməyi, qaş qələmlərindən istifadə etməyi və onlara qulluq etməyi, saç düzümü incəliklərini öyrənirlər.
Bunun polis işinə necə kömək edəcəyi bəlli olmasa da, Şərqi Asiya dövlətində bu ilk hadisə deyil.
Sosial şəbəkələrdə bu dəyişikliklər mənfi qarşılanıb. Əksəriyyət kişilərin, xüsusən də belə vacib bir peşənin nümayəndələrinin makiyaja ehtiyac duymadıqlarını vurğulayır. Digərləri bu bacarıqları kamuflyajla əlaqələndirməyə çalışaraq, zarafat edirlər. Bununla belə, akademiyada bunu "səliqəli və peşəkar görünüşü qorumaq üçün" lazımlı hesab edirlər.