BAKI, 19 fevral. TELEQRAF

Avstraliyanın şimal-qərbindəki Tasmaniya adasında 150-dən çox körpə "qatil" balina sahilə çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Departamenti məlumat yayıb.

Departamentin məlumatına görə, adanın şimal-qərb sahilində, Artur çayının okeana töküldüyü yerin yaxınlığında ən azı 150 heyvan tapılıb. İlkin müşahidələr göstərir ki, sahilə çıxanlardan 136 kiçik qatil balina hələ də sağdır.

Baytarlar və dəniz bioloqları sağ qalan heyvanların vəziyyətini qiymətləndirir və onları xilas etməyə çalışırlar.

Qeyd edək ki, Tasmaniyada 50 ildən artıqdır kiçik "qatil" balinaların ölüm halları qeydə alınmayıb.