![](https://teleqraf.az/storage/2025/02/19/715x378/_(2).jpg)
BAKI, 19 fevral. TELEQRAF
"Azimut" şirkətinin Moskvadan Tbilisiyə uçan təyyarəsi texniki səbəbdən Vnukovo hava limanına qayıdır.
Teleqraf xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Məlumatda deyilir ki, aviaşirkət Tbilisiyə getmək üçün sərnişinlərə yeni təyyarə ayıracaq.