BAKI, 19 fevral. TELEQRAF

Braziliyada 14 yaşlı oğlan ölü kəpənəyin qalıqlarından özünə iynə vuraraq ölüb.

Teleqraf xəbər verir ki, yeniyetmə öz atasına oynayarkən zədə aldığını deyib.

Bu barədə "Daily Mail" yazır.

Uşağın vəziyyəti sürətlə pisləşməyə başlayıb və o, həkimlərə həqiqəti söyləmək qərarına gəlib.

Davi Nunes Moreyra adlı oğlan naməlum kimyaçının yanına gedib və təcrübə aparmaq qərarına gəlib: o, ölü kəpənəyi su ilə qarışdırıb və yaranan məhlulu ayağına yeridib.

Bəzi Braziliya KİV-ləri yeniyetmənin hazırda yayılmaqda olan bu çellenci internetdən tapdığını ehtimal edirlər. Lakin Moreyra ölümündən əvvəl bunu təkzib edib.

Həkimlərin fikrincə, gəncin ölümü məhlulun tərkibindəki toksinlərin bədəninə daxil olması nəticəsində baş verə bilər. Yəqin ki, bu, septik şoka və daha sonra ölümə gətirib çıxarıb.

Meyitin yarılma prosesi əsasında həkimlər və polis oğlanın ölümü ilə bağlı nəticə çıxara biləcəklər.