
BAKI, 18 fevral. TELEQRAF
Avstraliyalı alimlər müəyyən ediblər ki, qlobal istiləşmə səbəbindən ölüm halları təxminən 20 faiz artıb.
Teleqraf xəbər verir ki, Kvinslend universitetinin alimləri düşünürlər ki, qlobal istiləşmə şəhər sakinləri arasında ölüm hallarını daha çox artırıb.
Məlumata görə, az gəlirli, ibtidai təhsilli və səhiyyə xidmətlərinə çıxışı məhdud olan şəhər sakinləri ən böyük risk qrupuna aid edilir.
Qeyd edək ki, daha öncə alimlər 2100-cü ilə qədər Avropada istilərin milyonlarla insanın həyatına son qoyacağını bəyan ediblər.