
BAKI, 17 fevral. TELEQRAF
Novosibirskdən Bratska uçan təyyarə İrkutsk aerodromuna gedib.
Teleqraf xəbər verir ki, bu barədə Bratsk hava limanının mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti qərarın dumanla əlaqədar verildiyini izah edib.
Bəyanatda deyilir: "Məhdud görünmə şəraitində, E-170 eniş üçün icazə gözləyən bir neçə dövrə vurdu və ekipaj sonda İrkutska enməyə qərar verdi".