BAKI, 16 fevral. TELEQRAF

Arxeoloqlar Londonda qədim Roma dövrünə aid şəhər bazilikasının qalıqlarını tapıblar.

Teleqraf xəbər verir ki, ictimai yığıncaqlar və məhkəmə iclasları üçün istifadə edilən ilk şəhər bazilikasının bünövrəsi və divarları araşdırmalar aparmaq üçün ipucu verir.

London Arxeologiya Muzeyinin (MOLA) rəsmi saytında dərc edilən məlumata görə, hələ 2023-cü ilin oktyabrında müəyyən edilən bazilika eramızın 70-80-ci illərində - Agricolanın qubernatorluğu dövründə tikilmişdir.

Saray futbol meydançası boyda ərazini əhatə edir.

Ehtimal edilir ki, tikili iki və ya üç mərtəbəli olub.

Bazilikalar ictimai və siyasi toplantıların keçirildiyi tikili mənasını verir.