
BAKI, 22 may. TELEQRAF
Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim Tədris Kompleksində “Paylayıcı Şəbəkələrin Gənc Mütəxəssislərinin Peşə Ustalığı” yarışı başlayıb.
Teleqraf-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan yarışda Azərbaycanın müxtəlif regionlarından 13 komanda mübarizə aparacaq.
Belə ki, Bakı şəhərini təmsil edən “Qız Qalası”, “Şirvanşahlar” və “Odlar Yurdu”, habelə ölkəmizin müxtəlif regionlarından gələn “Naxçıvan”, “Aran”, “Şimal-Qərb”, “Qərb”, “Mərkəzi-Aran”, “Şirvan”, “Xaçmaz”, “Sumqayıt”, “Qarabağ”, “Cənub” komandaları yarışda iştirak edəcək.
Qeyd edək ki, iştirakçı komandalara ünvanlanan sualların 10-u elektroenergetika ilə bağlı açıq tipli suallardır. Digər qapalı tipli (cavabı variantlar arasında təqdim edilən) sualdan 25-i isə “Azərişıq” ASC-ni tətbiq etdiyi innovativ texnologiyalarla əlaqədar olacaq.
Onu da bildirək ki, yarışın ikinci günü sabah keçiriləcək.