BAKI, 6 noyabr. TELEQRAF
Lotereya fəaliyyəti ilə məşğul olan şəxslərə alternativ vergi rejimi tətbiq ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib
O qeyd edib ki, ümumi gəlirlərdən 22% vergi tutulması planlaşdırılır:
"Əsas məqsəd vətəndaşların qeyri-qanuni mərc oyunlarında, istər xaricdə, istərsə də ölkə daxilində təşkil olunan qanunsuz oyunlarda iştirak edərək vəsaitlərini qeyri-rəsmi yollarla xərcləmələrinin qarşısını almaq, bu imkanları məhdudlaşdırmaq və leqal bazarın imkanlarını genişləndirməkdir".