BAKI, 7 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı münaqişənin nizamlanmasında maraqlı olduğuna əminliyini ifadə edib.

Teleqraf xəbər verir ki, Tramp Moskvanın münaqişənin həlli istiqamətində razılaşmaya hazır olduğuna inandığını bildirib.

Trampın bu açıqlaması Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatik təmasların intensivləşdiyi dövrə təsadüf edir.

Qeyd edək ki, ABŞ Prezidenti noyabrın 5-də Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşdüyünü açıqlayıb. O, Ukrayna ilə bağlı razılaşmanın yaxın zamanda əldə oluna biləcəyini və prosesin Avropanı da əhatə edə biləcəyini bildirib.