BAKI, 7 noyabr. TELEQRAF
Fransada noyabrın 7-də keçiriləcək etiraz aksiyaları zamanı ictimai asayişin qorunmasına 70 min polis və jandarm cəlb olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə “France Info” ölkənin daxili işlər naziri Loran Nunyezə istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, hakimiyyət əvvəlki etiraz aksiyaları zamanı tətbiq edilən təhlükəsizlik tədbirlərini qüvvədə saxlayacaq.
“Risk səviyyəsi əvvəlki şənbə günlərində olduğu kimidir”, – Nunyez bildirib.
Qeyd edək ki, noyabrın 5-də Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı 448 nəfər saxlanılıb, 53 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Məlumata əsasən, nümayişlərdə ümumilikdə 575 min nəfər iştirak edib. Onlardan 65 mini paytaxt Parisdə keçirilən aksiyalara qatılıb.