BAKI, 6 noyabr. TELEQRAF
Noyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,4 faiz artaraq 905.579-a çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, aktiv ƏDV ödəyicilərinin sayı isə 7,5 faiz artaraq 62.779 təşkil edib. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 6,8 faiz artıb və 248.695 olub.