BAKI, 7 noyabr. TELEQRAF
ABŞ-nin birinci xanımı Melaniya Tramp noyabrın 5-də Ağ Evdə Rusiya və Ukrayna nümayəndələri ilə keçirilən görüşü tarixi hadisə kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, bu barədə Melaniya Tramp X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Ağ Evdə keçirilən görüş tarixi bir məqam oldu”, – o bildirib.
Məlumata görə, Rusiya nümayəndə heyətinin tərkibində Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyev də yer alıb.
Dmitriyev Melaniya Trampla görüşündə Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampın Ukrayna münaqişəsinin nizamlanması istiqamətində göstərdiyi sülh səylərini yüksək qiymətləndirdiyini bildirib.
O, həmçinin Putinin Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsini dəstəklədiyini vurğulayıb.