BAKI, 6 noyabr. TELEQRAF
Azərbaycanda Əmək Məcəlləsinə təklif olunan yeni mexanizm çərçivəsində əmək haqqı və digər ödənişlərin işçinin sərbəst şəkildə seçdiyi hesabına köçürülməsi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
“Belə ki, əmək haqqı və digər ödənişlərin Əmək Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemində ötürülən məlumatlar əsasında Mərkəzi Bank tərəfindən müəyyən edilən elektron ödəniş sistemi vasitəsilə həyata keçirilməsi təklif olunur:
Bu dəyişiklik nəticəsində əmək haqqının vaxtında və tam ödənilməsinə nəzarət imkanının genişləndirilməsi, gecikmə, qanunsuz tutulma və digər gizli ödənişlər hallarının aşkar edilməsi, eyni zamanda əmək haqqı və sosial sığorta məlumatlarının elektron qaydada izlənməsi, qeyri-formal məşğulluğun qarşısının alınmasınə xidmət edəcək. Yeni mexanizm işə götürənlərə inzibati yükün azaldılması, sosial sığorta məlumatlarının avtomatlaşdırılması, vətəndaşların öz gəlirləri barədə məlumata çıxışını asanlaşdırmağı imkan yaradacaq. Belə ki, bu dəyişikliklər əmək haqqı ödənilməsinin şəffaflığını artıracaq, əmək qanunvericinin elektron nəzarətin gücləndiriləcək”.