BAKI, 6 noyabr. TELEQRAF

Şahzadə Harri “Daily Mail”in nəşriyyatına qarşı iddianın rədd edilməsi qərarından apellyasiya şikayəti verib.

Teleqraf xəbər verir ki, Britaniya şahzadəsi Harri, müğənni Elton Con və bir sıra məşhurlar mobil telefonlarının qanunsuz dinlənilməsi və şəxsi həyatlarının toxunulmazlığının pozulması ilə bağlı “Daily Mail” qəzetinin nəşriyyatına qarşı iddialarının rədd edilməsi qərarından apellyasiya şikayəti veriblər.

İddiaçıların nümayəndəsinin yaydığı bəyanatda bildirilib ki, onlar hakim Metyu Niklinin iddiaların rədd edilməsi və məhkəmə xərclərinin ödənilməsi ilə bağlı qərarlarından şikayət vermək üçün Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Bəyanatda qeyd olunub ki, iddiaçılar presedenti olmayan bu qərarlarla razılaşmırlar və onları hüquqi və faktiki baxımdan əsassız hesab edirlər.