BAKI, 6 noyabr. TELEQRAF

Azərbaycanda traktorların istehsalı və satışı ƏDV-dən azad ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O qeyd edib ki, bu istehsal prosesi ilə bağlı ehtiyat hissələrinin idxalı da əlavə dəyər vergisindən azad edilir:

“Bildiyiniz kimi, avtomobil dilerləri tərəfindən rəsmi qaydada geri alınmış avtomobillərin sonradan satışı zamanı 18 faiz ƏDV tətbiq olunur ki, bu da biznes subyektləri üçün əlverişli şərait yaratmır. Bu baxımdan, məhz biznesin qaldırdığı məsələlər nəzərə alınaraq, fiziki şəxslərdən nağdsız qaydada alınmış avtomobillərin satışı alqı-satqı arasındakı marjadan ƏDV-yə cəlb ediləcəkdir”.