BAKI, 5 noyabr. TELEQRAF

"Azərbaycan Dəmir Yolları" QSC Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatını nəzərə alaraq əlavə qatar reysləri təyin edib.

Teleqraf səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 8 noyabrda Gəncədən və Mingəçevirdən səfərlər təşkil olunacaq.

Biletləri qurumun saytından, "ADY Mobile" tətbiqindən və dəmiryol kassalarından əldə etmək olar.