BAKI, 7 noyabr. TELEQRAF

Ağ Evin aparat rəhbəri vəzifəsinə yeni təyin olunan Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla müharibəni dayandırmağı tövsiyə edib.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumatlı mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Miller Ağ Evin aparat rəhbəri vəzifəsinə namizədliyini irəli sürdüyü dövrdə Trampın İranla müharibəyə son qoymasının vacibliyini bildirib.

Lakin onun bu mövqeyi ABŞ prezidentinin bəzi tərəfdarları tərəfindən xəyanət kimi qiymətləndirilib.

Qeyd edək ki, əvvəllər Ağ Ev aparat rəhbərinin müavini vəzifəsini tutan Miller dəfələrlə Trampın İranla bağlı siyasətini açıq şəkildə dəstəkləyib.

Tramp isə Millerin yeni vəzifəyə təyin olunmasını dəyişiklik etmək istəyi ilə izah edib.