BAKI, 6 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ağ Ev administrasiyasının aparat rəhbəri vəzifəsinə Stiven Millerin təyin ediləcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Hazırda administrasiyamın aparat rəhbərinin müavini və ən etibarlı müşavirlərimdən biri olan Stiven Miller 2026-cı il noyabrın 9-dan etibarən aparat rəhbəri vəzifəsini icra edəcək”, – deyə ABŞ Prezidenti bildirib.
Trampın sözlərinə görə, hazırda bu vəzifəni tutan Syuzan Uayls onun siyasi strukturunda fəaliyyətini davam etdirəcək.