BAKI, 7 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Konqresə keçirilən aralıq seçkilərin nəticələri səbəbindən 3 trilyon dollar itirdiyini iddia edib.

Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə Floridada yerləşən Con Kennedi adına Kosmik Mərkəzdə çıxışı zamanı danışıb.

Tramp oktyabr ayında ABŞ-da 165 min yeni iş yerinin yaradıldığını bildirərək seçkilərin iqtisadiyyata mənfi təsir göstərdiyini vurğulayıb.

“Dünən 3 trilyon dollar itirməyimizə baxmayaraq, ölkəmizdə məşğulluq artıb. Ölkəmiz 3 trilyon dollar itirib və bütün bunlar seçkilərə görə baş verib”, – o deyib.

ABŞ Prezidenti konkret olaraq hansı maliyyə itkilərini nəzərdə tutduğunu açıqlamayıb.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da Konqresə aralıq seçkilər keçirilib. Demokratlar həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu əldə ediblər.

Seçkilərdən sonra ABŞ fond bazarlarında ciddi ucuzlaşma qeydə alınıb. “Reuters”in məlumatına görə, investorların süni intellekt sektorunda mümkün tənzimləmələrlə bağlı narahatlığı fonunda S&P 500 indeksinə daxil olan şirkətlərin bazar dəyərindən təxminən 3 trilyon dollar silinib.

Bununla belə, Trampın səsləndirdiyi məbləğ ABŞ dövlət büdcəsinin birbaşa itkisi deyil, fond bazarındakı dəyər azalması ilə əlaqəli ola bilər.