BAKI, 5 noyabr. TELEQRAF

2026-cı ilin yanvar–oktyabr aylarında Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə ümumi ticarət dövriyyəsi 37 milyard 140 milyon 439 min manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17 milyard 480 milyon 134 min manat və ya 32 faiz azdır.

Qeyd edək ki, ötən ilin ilk 10 ayında birjanın ümumi ticarət dövriyyəsi 54 milyard 620 milyon 573 min manat olmuşdu.