BAKI, 7 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması istiqamətində ciddi irəliləyiş əldə olunduğunu bildirib.
Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Biz Rusiya və Ukrayna ilə çox yaxşı işləyirik. Böyük irəliləyiş əldə edirik”, – Tramp vurğulayıb.
Bundan əvvəl Tramp Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşdüyünü təsdiqləyərək Ukrayna münaqişəsinin həllinə dair genişmiqyaslı razılaşmanın əldə oluna biləcəyini bildirmişdi.
ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndələri arasında növbəti danışıqların noyabrın 10–11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır.