BAKI, 7 noyabr. TELEQRAF
İraqın xarici işlər naziri Fuad Hüseyn iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı region ölkələrinin xarici işlər nazirlərindən ibarət komitənin yaradılmasını təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.
Təklifə əsasən, komitə üzvləri sülh razılaşmalarının əldə olunmasına vasitəçilik etmək üçün Tehran və Vaşinqtona səfər etməlidirlər.
Bununla belə, komitəyə neçə nazirin daxil ediləcəyi və onların Yaxın Şərqin hansı ölkələrini təmsil edəcəyi açıqlanmayıb. Tehran tərəfinin təklifə münasibəti də hələlik məlum deyil.