BAKI, 7 noyabr. TELEQRAF

İran Silahlı Qüvvələri ölkənin cənubundakı Kəşm adası üzərində MQ-9 tipli pilotsuz uçuş aparatını (PUA) vurub.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İran hərbçiləri adanın hava məkanında MQ-9 pilotsuz uçuş aparatını hədəfə alıblar.

Hadisənin təfərrüatı barədə hələlik əlavə məlumat verilməyib.

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının şərq hissəsində ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlamışdı.