BAKI, 17 noyabr. TELEQRAF

Braziliyalı sabiq futbolçu Ronaldinyonun 11 ildən sonra meydana çıxdığı ilk rəsmi matçda geyindiyi forma hərraca çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə “DerbyDerbyDerby” nəşri məlumat yayıb.

Ronaldinyo ötən bazar günü İtaliyanın “Ravennа” klubunun heyətində “Forli” ilə qarşılaşmada (2:0) meydana çıxıb. O, matçın ikinci hissəsində 45 dəqiqə oynayıb.

Braziliyalı futbolçunun həmin görüşdə geyindiyi və imzaladığı forma hərraca qoyulub. İlkin qiymət 17 min Braziliya realı (2700 avrodan çox) müəyyənləşdirilib.

Hərracın başa çatmasına hələ 9 gün qaldığından formanın daha yüksək məbləğə satılacağı gözlənilir.