BAKI, 16 noyabr. TELEQRAF
İngiltərə millisinin hücumçusu Harri Keyn növbəti rekorda imza atıb.
Teleqraf xəbər verir ki, “Bavariya”nın futbolçusu UEFA Millətlər Liqasının İspaniya ilə oyununda ilk hissənin sonlarında penaltini dəqiq yerinə yetirib.
"Opta" statistika portalının məlumatına görə, Keyn İngiltərə millisinin heyətində ardıcıl 7 səfər oyununda qol vuran ikinci futbolçu olub. Bu göstəriciyə ilk dəfə 1948-ci ildə Tom Finni nail olub.
Qeyd edək ki, Harri Keyn İngiltərə millisinin tarixində ən çox qol vuran (93) və ən çox oyun keçirən (127) futbolçudur.