BAKI, 16 noyabr. TELEQRAF

Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu transfer bazarında bir neçə klubun maraq dairəsinə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə insayder Ekrem Konur sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 32 yaşlı futbolçu ilə “Fənərbağça”, “Yuventus”, “Komo”, həmçinin İngiltərə Premyer Liqası və Səudiyyə Ərəbistanı çempionatının təmsilçiləri maraqlanır.

Çalhanoğlunun yaxın zamanlarda “İnter”dən ayrılacağı gözlənilir. Buna səbəb futbolçunun yeni müqaviləsi ilə bağlı danışıqların irəliləməməsidir.

Qeyd edək ki, türkiyəli yarımmüdafiəçi 2021-ci ilin yayından Milan klubunda çıxış edir. Onun hazırkı müqaviləsi 2027-ci il iyunun sonunda başa çatır. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 16 milyon avro qiymətləndirir.