BAKI, 16 noyabr. TELEQRAF

Azərbaycan yığma komandasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov millidə son oyununa çıxıb.

Teleqraf xəbər verir ki, vida matçı Andorra ilə yoldaşlıq matçına təsadüf edib.

Oyundan əvvəl AFFA-nın baş katibi Cahangir Fərəcullayev 66 nömrəli formanı Eminə təqdim edib.

2016-cı ildən etibarən milli komandanın şərəfini qoruyan yarımmüdafiəçi yığmanın heyətində keçirdiyi 65 oyunda 15 qola imza atıb. Emin Mahmudov bu göstərici ilə Qurban Qurbanova məxsus rekordu yeniləyərək Azərbaycan millisi tarixinin ən məhsuldar futbolçusu statusunu daşıyır.