BAKI, 16 noyabr. TELEQRAF

Türkiyə Super Liqasının XII turunda keçiriləcək “Qalatasaray” – “Samsunspor” matçının stadionu dəyişdirilib.

Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı rəsmi açıqlama yayıb.

Qarşılaşma İstanbulun “Başakşehir Fatih Terim” stadionunda keçiriləcək.

Buna səbəb “Qalatasaray”ın ev oyunlarını keçirdiyi "RAMS Park"da təmir işlərinin davam etməsidir.

“Qalatasaray” – “Samsunspor” görüşü noyabrın 21-də, şənbə günü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.